CƏMİYYƏT
Avtobusda paytaxt sakininin cibindən pulqabısını oğurlamağa cəhd göstərən şəxs saxlanılıb
Bakı, 13 fevral, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində fevralın 12-də xətt avtobusunda Bakı şəhər sakini A.Bağırzadənin cibindən pulqabısını oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Tağıyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, R.Tağıyev ilə bağlı aparılmış əməliyyat tədbirləri nəticəsində onun daha iki nəfərin çantasından pul və sənəd oğurlaması da müəyyənləşdirilib.