CƏMİYYƏT


Avtomat hidroloji stansiyaların qurulması layihəsi çərçivəsində təlimlərə başlanılıb

Bakı, 10 avqust, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə əsas su obyektləri olan çaylar üzərində avtomat hidroloji stansiyaların qurulması layihəsi çərçivəsində təlimlərə başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, təlimlərin növbəti mərhələsi avtomat hidroloji stansiyaların quraşdırıldığı Qubadlı, Zəngilan, Xocavənd, Kəlbəcər və Laçın rayonlarının ərazisində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.