İQTİSADİYYAT
Avtomobil Yolları Dövlət Agentliyi ilə MDB-nin Hökumətlərarası Yol İşçiləri Şurasının əməkdaşlığı müzakirə olunub
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov Azərbaycanda işgüzar səfərdə olan MDB-nin Hökumətlərarası Yol İşçiləri Şurasının sədrinin vəzifəsini icra edən Buri Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, S.Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, həmçinin Prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun müasirləşməsi istiqamətində görülən işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
B.Kərimov bu kimi görüşlərin gələcəkdə də keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Nümayəndə heyətinin üzvləri ayrı-ayrılıqda konkret və faydalı təkliflərlə çıxış edərək, yol infrastrukturunun müxtəlif sahələrini əhatə edən səmərəli ideyaların tətbiqi çərçivəsində aktiv əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.
S.Məmmədov görüşdə iştirak edən agentliyin vəzifəli şəxslərinə sözügedən şirkətlərlə əməkdaşlığın qurulması istiqamətində təkliflərin hazırlanması ilə bağlı müvafiq göstərişlərini verib.
Görüş gələcək əməkdaşlığın təməlini qoyaraq səmərəli təkliflər fonunda başa çatıb.