İQTİSADİYYAT


Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlara müraciət edib

Bakı, 13 iyul, AZƏRTAC

Respublikanın küçə və yollarında qarşılaşdığınız hər hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “e-mail” ünvanına (“[email protected]”) və ya sosial şəbəkə hesabları vasitəsilə (inbox) müraciət etməyiniz xahiş olunur.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə qurumun vətəndaşlara müraciətində bildirilib.

Qeyd olunub ki, göndərilən müraciətə mütləq şəkildə problemi göstərən foto və ya video materialları əlavə edilməlidir.

Küçə və yollarda rahat gediş-gəlişin təmin olunması istiqamətində agentliyin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll edilməsi üçün vətəndaşların şikayət və təkliflərini bildirməsi olduqca vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.