QAN YADDAŞI


Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar faciəsinin qurbanları yad edilib VİDEO

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) 20 Yanvar faciəsinin qurbanları anılıb. Əvvəlcə 20 Yanvar faciəsində Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, eyni zamanda, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edilib. Bu gün 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib.

Diqqətə çatdırılıb ki, yanvarın 21-də ulu öndər Heydər Əliyevin həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, ailə üzvləri ilə birgə heç kimdən və heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda, öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin tarixi nümunəsi olduğu vurğulanıb. Bununla ulu öndər Heydər Əliyev Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmiş olub. Məhz Ulu Öndərin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra həmin qanlı hadisələrə siyasi-hüquqi qiymət verilib, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılıb, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edilib. Bir sözlə, ümummilli lider Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirib. Bu gün də həmin siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Bildirib ki, dövlətimizin başçısı tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərilir. Müvafiq Sərəncamla Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin Bakıda “20 Yanvar” dairəsində faciə qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb. Prezident İlham Əliyev əlil və şəhid ailələrinə qayğının artırılması ilə bağlı tapşırıqları 20 Yanvar əlilləri və şəhid ailələrinin də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmalarına şərait yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.