İQTİSADİYYAT
Avtomobil benzini və dizel yanacağının istehsalı artıb
Bakı, 23 mart, AZƏRTAC
Yanvar-fevral aylarında Azərbaycanda 371,8 min ton dizel yanacağı, 230 min ton avtomobil benzini, 44,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 100,1 min ton ağ neft, 19,9 min ton yanacaq mazutu, 5,3 min ton sürtkü yağları, 30,2 min ton neft bitumu və 39,5 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, iki ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 11,3 faiz artıb.
Sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3 faiz, avtomobil benzininin istehsalı 15,1 faiz, dizel yanacağının istehsalı 9,5 faiz artıb.
Neft koksunun istehsalı 1,2 faiz, ağ neftin istehsalı 3,3 faiz, neft- kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,9 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]