Avtomobil benzini və dizelin istehsalı azalıb
AzerTAg.az
Bakı, 18 fevral, AZƏRTAC
Yanvar ayında Azərbaycanda 189,3 min ton dizel yanacağı, 86,2 min ton avtomobil benzini, 39,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 29,9 min ton ağ neft, 1,8 min ton yanacaq mazutu, 2,5 min ton sürtkü yağları, 5,7 min ton neft bitumu və 20,8 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 268,5 milyon manat olmaqla 2019-cu ilin eyni ayı ilə müqayisədə 20,4 faiz azalıb.
Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 69,3 faiz artıb.
Dizel yanacağının istehsalı 6,8 faiz, avtomobil benzininin istehsalı 29,3 faiz, ağ neftin istehsalı 45,8 faiz, sürtkü yağlarının istehsalı 39 faiz, neft bitumunun istehsalı 61,2 faiz, yanacaq mazutunun istehsalı isə 85 faiz azalıb.

Xəbərin mətnində orfoqrafik səhv var