İQTİSADİYYAT


Avtomobil benzini və dizelin istehsalı azalıb

Avtomobil benzini və dizelin istehsalı azalıb

Bakı, 16 aprel, AZƏRTAC

Yanvar-mart aylarında Azərbaycanda 550,5 min ton dizel yanacağı, 247,4 min ton avtomobil benzini, 108 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 103,5 min ton ağ neft, 8,9 min ton yanacaq mazutu, 15,3 min ton sürtkü yağları, 44,9 min ton neft bitumu və 64,9 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, birinci rübdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 810,3 milyon manat olmaqla ötən ilin eyni ayları ilə müqayisədə 13 faiz azalıb.

Sürtkü yağlarının istehsalı 2,3 dəfə, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 64,9 faiz, neft koksunun istehsalı 9,3 faiz artıb.

Dizel yanacağının istehsalı 1,7 faiz, neft bitumunun istehsalı 17,8 faiz, avtomobil benzininin istehsalı 28 faiz, ağ neftin istehsalı 29,4 faiz, yanacaq mazutunun istehsalı 67,8 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.