İQTİSADİYYAT


Avtomobil benzininin istehsalı 5,3 faiz azalıb

Bakı, 15 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında Azərbaycanda 1 milyon 230,8 min ton dizel yanacağı, 579,1 min ton avtomobil benzini, 211,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 241,4 min ton ağ neft, 24,4 min ton yanacaq mazutu, 24,6 min ton sürtkü yağları, 150,1 min ton neft bitumu və 131,8 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 6 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 977 milyon manat olmaqla ötən ilin eyni ayları ilə müqayisədə 3 faiz artıb.

Neft məhsullarından sürtkü yağlarının istehsalı 79,6 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 53 faiz, neft koksunun istehsalı 18,3 faiz, neft bitumunun istehsalı 10,4 faiz, dizel yanacağının istehsalı 10 faiz artıb.

Ağ neftin istehsalı 4,0 faiz, avtomobil benzininin istehsalı 5,3 faiz, yanacaq mazutunun istehsalı isə 37,8 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.