İQTİSADİYYAT


Avtomobil benzininin istehsalı artıb

Bakı, 17 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 693,9 min ton dizel yanacağı, 957,8 min ton avtomobil benzini, 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 408 min ton ağ neft, 47,8 min ton yanacaq mazutu, 20,3 min ton sürtkü yağları, 299,8 min ton neft bitumu və 164,4 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 10 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 520,5 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 2,2 faiz azalıb.

Neft bitumunun istehsalı 46 faiz, sürtkü yağlarının istehsalı 9,1 faiz, avtomobil benzininin istehsalı 1,1 faiz artıb.

Dizel yanacağının istehsalı 1,2 faiz, ağ neftin istehsalı 16,9 faiz, neft koksunun istehsalı 17,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20,4 faiz, yanacaq mazutunun istehsalı isə 51,7 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.