İQTİSADİYYAT


Avtomobil nəqliyyatında yük dövriyyəsi 7,7 faiz, sərnişin dövriyyəsi isə 9,7 faiz artmışdır

Bakı, 25 dekabr (AZƏRTAC). Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə yanvar-noyabr aylarında 108,1 milyon ton yük, 1,3 milyard sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,6 faiz və 8,7 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişlər. Yük dövriyyəsi 7,7 faiz, sərnişin dövriyyəsi isə 9,7 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı isə 7 faiz artaraq 177 milyon nəfər olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.