CƏMİYYƏT


Avtomobil oğurlamaqda şübhəli bilinərək saxlanılmış şəxslərin törətdikləri digər cinayət əməlləri də müəyyənləşdirilib

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də K.Məmmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən O.Abbasov və əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlarla bağlı aparılan tədbirlərlə həmin şəxslərin Sabunçu və Binəqədi rayonu ərazisindəki iki mağazadan ümumilikdə 60 manat məbləğində pul, 7500 manat dəyərində spirtli içki, tütün məmulatı, danışıq kartları, Səbail rayonu ərazisində “KİA” markalı avtomobildən cibində 2 min manat pul olan gödəkcə oğurlamaları, habelə Binəqədi rayonu ərazisindəki ofislərin birindən oğurluğa cəhd göstərmələri də müəyyənləşdirilib.

Faktla bağlı təhqiqat davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.