CƏMİYYƏT


Avtomobil oğurlayan Zərdab rayon sakini polis əməkdaşları tərəfindən saxlanılıb

Bakı, 4 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) 102 – Zəng Mərkəzi Xidmətinə müraciət edən Zərdab rayon sakini İ.Süleymanov iyulun 2-də “RAF-22031” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Həmin avtomobil təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Böyük Dəkkə kənd sakini P.Sultanov avtomobili idarə edərkən saxlanılıb.

Avtomobil polis əməkdaşları tərəfindən sahibinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.