CƏMİYYƏT


Avtomobil qaçıran şəxsin digər cinayət əməli də aşkarlanıb

Bakı, 13 iyun, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini T.Ələkbərov iyunun 10-na keçən gecə yaşadığı evin qarşısından “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Kürdəmir rayonu ərazisində hərəkətdə olduğu müəyyənləşdirilən həmin nəqliyyat vasitəsi görülmüş tədbirlərlə rayon ərazisində saxlanılıb.

Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Göyçay rayon sakini Rüfət Mehdiyev olduğu məlum olub.

Polis bölməsində aparılan araşdırmalarla R.Mehdiyevin digər cinayətinin də üstü açılıb. Onun iyunun 2-də Yasamal rayonu ərazisində T.Əsgərovanın evindən 1500 manat pul oğurladığı da müəyyən edilib.

Hər iki faktla bağlı cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.