CƏMİYYƏT


Avtomobil qaçıran şəxslər müəyyənləşdirilərək saxlanılıblar

Bakı, 9 may, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinə şəhər sakini M.Mustafayevə məxsus “VAZ-2107” markalı avtomobilin mayın 7-də saat 6 radələrində qaçırılması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini A.Cahangirov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillə birgə saxlanılıb.

Qax Rayon Polis Şöbəsinə mayın 7-də şəhər ərazisindən E.Ağayevə məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz İsmayılzadə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində avtomobillə birgə saxlanılıb.

Daha bir avtomobil qaçırılması halı Balakən rayonunda qeydə alınıb. Rayon polis şöbəsinə mayın 7-də şəhər ərazisindən Şəki rayon sakini S.Abdullayevə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Görülən tədbirlər nəticəsində avtomobil həmin gün şəhər ərazisində əzilmiş vəziyyətdə tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Balakən şəhər sakini Tehran Həsənov müəyyənləşdirilərək saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.