CƏMİYYƏT


Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs yaxalanıb

Bakı, 29 iyul, AZƏRTAC 

Xətai rayonunda Bakı şəhər sakini Y.İbrahimova məxsus “QAZ-2410” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobili oğurlamaqda şübhəli bilinən V.Axundov rayon polis idarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaxalanıb.

Masallı rayonu ərazisindəki evlərin birindən 600 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Musaküçə kənd sakini T.Hüseynova isə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.