CƏMİYYƏT


Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər “isti izlər”lə yaxalanıblar

Bakı, 8 oktyabr, AZƏRTAC

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Mehdi Babayevin “VAZ-2106” markalı avtomobilinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 11 radələrində Ələt qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Şamo Qocayevlə birgə saxlanılıb.

Oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Valentin Kotovun “VAZ-2107” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.

DİN-in “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Şərifli küçəsində olduğu müəyyən edilib.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Abbas Quliyev avtomobillə birgə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.