Avtomobil yollarında nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir
AzerTAg.az
Bakı, 13 mart, AZƏRTAC
Dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də Dövlət Yol Polisi (DYP) qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası Baş idarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə həyata keçirilir.
DYP-dən AZƏRTAC-a bildirilib ki, hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Gəncə, Şəki və Qəbələdə yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası, eləcə də işıqfor obyektlərinə texniki qulluq həyata keçirilir.





Xəbərin mətnində orfoqrafik səhv var