CƏMİYYƏT


Avtomobil yollarının kənarlarında ağacəkmə aksiyaları keçirilib VİDEO

Bakı, 10 may, AZƏRTAC 

Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən avtomobil yolları boyunca yaşıllaşdırma istiqamətində mühüm addımlar atılır, yeni yaşıllıqlar salınır.

AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə agentlik tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə avtomobil yollarının kənarlarında ağacəkmə aksiyaları keçirilib. Aksiyalar çərçivəsində Bakı şəhərinin avtomobil yollarının mühafizə zolaqlarına, yolötürücüləri və yolqovşaqlarının ərazilərinə ümumilikdə 11 min, respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarına isə 85 min müxtəlif növ ağac, gül və kol bitkiləri basdırılıb.

Beləliklə, son 4 ay ərzində paytaxtın və respublikanın avtomobil yollarının mühafizə zolağında 96 min müxtəlif növ ağac və kol bitkisi əkilib. Bununla da, yolların mühafizə zolağında olan ağac və kol bitkisinin sayı 1 milyon 349 min 97 ədədə çatıb. Əkilən ağacların böyük hissəsi AAYDA-nın tinglik sahələrində yetişdirilib.

Hazırda isə ölkə ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.