CƏMİYYƏT


Avtomobildə aksiz markası olmayan spirtli içkilər aşkarlanıb

Bakı, 4 yanvar, AZƏRTAC

Avtomobildə aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi “Toyota Prado” markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edərkən Ağstafa rayonu ərazisində saxlanılıb və baxış keçirilməsi üçün “Tovuz” gömrük postunun inzibati binasının həyətinə gətirilib. Baxış zamanı avtomobilin yük yerindəki sellofan bağlamalardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərində “Hennesy X.O.” yazısı olan 70 ədəd 0,7 litrlik, üzərində “Moet&Chandon” yazısı olan 60 ədəd 0,75 litrlik və üzərində “Godet Antarctica” yazısı olan 6 ədəd 0,5 litrlik spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.