CƏMİYYƏT


Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb

Bakı, 4 sentyabr, AZƏRTAC

Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Gürcüstandan idarə etdiyi “BMW 528” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı “Qırmızı Körpü” gömrük postunda şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin “Cek” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə keçirilən gömrük baxışı zamanı xidməti itin reaksiyası nəticəsində maşının salonunda - arxa oturacağın arxasında gizlədilən “King” markalı 3600 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.