CƏMİYYƏT
Avtomobildə pirotexniki vasitələr aşkarlanıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar Şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Volkswagen Vento" markalı avtomobil saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən əvvəl avtomobilin sahibi şifahi sorğu-sual edilib. Vətəndaş üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsinin benzin çəninin içərisində 1370 ədəd, üzərində "Enigma EK3" yazısı olan pirotexniki vasitə aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.