CƏMİYYƏT


Avtomobildə xeyli miqdarda pirotexniki vasitə və fişəng aşkarlanıb VİDEO

Bakı, 3 oktyabr, AZƏRTAC

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Volkswagen sharan" markalı nəqliyyat vasitəsilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin döşəməsində xüsusi düzəldilmiş yerdən vətəndaşın gömrük nəzarətindən gizlətdiyi, üzərində "Pirat" yazılmış 80, üzərində "Petards" yazılmış 480 qutu pirotexniki vasitə, üzərində "Roman Gandle" yazılmış 215 və üzərində "Gepesi" yazılmış 15 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.