CƏMİYYƏT


Avtomobildən gizli yolla ölkəyə gətirilən fişənglər tapılıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Avtomobildən gizli yolla ölkəyə gətirilən fişənglər tapılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama nəticəsində, avtomobilin sağ və sol qapılarının altında və arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerlərində “Magical Shote” adlı 1130 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.