CƏMİYYƏT
Avtomobildən narkotik vasitə aşkarlanıb
Bakı, 20 noyabr, AZƏRTAC
Avtomobildən narkotik vasitə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astara Gömrük İdarəsinin Yük şöbəsində Azərbaycan Respublikası ərazisindən tranzit gömrük proseduru altında keçməklə İran İslam Respublikasından Qazaxıstana gedən yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.
Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin dartıcısının kabinəsinə xidməti it reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsi saxlanılıb və əsaslı yoxlanılıb. Nəticədə, kabinənin yataq yerinin üzərində sürücüyə məxsus əl çantasının içərisindəki siqaret qutusunda xalis çəkisi 0,421 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.