CƏMİYYƏT
Avtomobildən oğurluq etməkdə şübhəli bilinən Qovlar şəhər sakini saxlanılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Tovuz rayonu ərazisində “VAZ-2107” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən Qovlar şəhər sakini E.Nağıyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M.İsrafilova məxsus “VAZ-2107” markalı avtomobildən 2 maqnitofon, mobil telefon, bank kartı oğurlamaqda və həmin kartdan 520 manat məbləğində pul çıxarmaqda şübhəli bilinən Qovlar şəhər sakini E.Nağıyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]