CƏMİYYƏT


Avtomobildən pul, maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

Bakı, 30 iyun, AZƏRTAC 

Bakıda oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 22-də və mayın 8-də Binəqədi rayonu ərazisində bir avtomobildən pul, maqnitofon və vətəndaşa məxsus velosipedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Mehdiyev rayon polis idarəsi 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyunun 25-də Bakı şəhər sakini olan R.Tarverdiyevin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Ü.Qurbanov saxlanılıb.

Faktlarla bağlı tədqiqat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.