CƏMİYYƏT


Avtomobildən pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini yaxalanıb

Bakı, 30 iyul, AZƏRTAC 

Paytaxtın Yasamal və Xətai rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal rayonu ərazisində “Toyota” markalı avtomobildən üç min manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.İmanov rayon polis idarəsinin 29-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun rayondakı bir köşkdən 90 manat məbləğində pul, 750 manat dəyərində saat və tütün məmulatı oğurlaması da müəyyənləşdirilib.

Hər iki faktla bağlı araşdırmalar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.