CƏMİYYƏT


Avtomobildən və evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb

Bakı, 6 aprel, AZƏRTAC 

Xətai rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisində “Hyundai” markalı avtomobildən iki ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayev və Ağdam rayon sakini S.Əliyev yaxalanıblar.

Abşeron rayonundakı iki evdən 100 metr elektrik naqili, noutbuk, kombi aparatı və su mühərriki oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Fərmanov rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.