CƏMİYYƏT


Avtomobildən xeyli miqdarda dərman preparatları aşkarlanıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Gömrükçülər xeyli miqdarda dərman preparatının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn "Mercedes Benz V280" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin ön və arxa oturacaqlarının altında xüsusi hazırlanmış örtüyün arxasından, yük yerinin qapısının içərisindən və nəqliyyat vasitəsinin alt hissəsində olan boşluqlardan gömrük nəzarətindən gizlədilmiş "Reamberin 500ml", “Sonapaks 25ml", "Sumatriptan 2mg", "Veroşpiron 100mg", "Veroşpiron 50mg", "Azotioprin 50mg", "Alfluton 1ml", "Mimpara 30mg", "Piroksikam 10mg", "Kaliya xlorid 40ml", "Proрусil 50mg", "Kley BF-6 10mg", Natriya xlorid 1ml", "Qonadotropin xorioniçeskiy 5000ME", "Qonadotropin xorioniceskiy 500ME", "Çerukal5ml", "Metoklopramid 5ml" markalı olmaqla, ümumilikdə 17 adda 31072 ədəd dərman preparatı və 850 ədəd dərman preparatına məxsus qablaşdırma vasitələri (boş qutular və boş plastik qablar) aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.