CƏMİYYƏT


Avtomobili yüksək sürətlə idarə edən qadın sürücü saxlanılıb

Bakı, 7 iyul, AZƏRTAC 

Sosial şəbəkələrdə 90-PB-038 dövlət nömrə nişanlı, “KIA Optima” markalı avtomobilin sürücüsünün saatda 60 kilometr sürət həddinin müəyyənləşdirildiyi yolda 120-180 kilometr-saat sürətlə hərəkətdə olmasını əks etdirən video çəkib yayımlaması ilə əlaqədar araşdırmalar aparılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, süjetlə bağlı ətraflı araşdırmalardan sonra inzibati xəta tərkibi yarandığı təsdiqini tapıb. Həmin sürücü – sosial şəbəkələrdə Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı P.Qafarlı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq tədbir görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.