CƏMİYYƏT


Avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 2 fevral, AZƏRTAC

Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edən paytaxt sakini Ə.Şıxməmmədov yanvarın 31-nə keçən gecə İ.İsmayılov küçəsində “VAZ-21099” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

DİN-in “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş S.Rəsulov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.