CƏMİYYƏT


Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 10 oktyabr, AZƏRTAC

Avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini E.Nəsirovun “London-Taxi” markalı avtomobilindən 70 manat, H.Babaşov küçəsində isə R.Kərimovun “Mercedes” markalı avtomobilindən 600 manat oğurlanması barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə müraciətlər daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini olan yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə M.Fərəcullayevin “Isuzu” markalı avtomobilindən 120 manat oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Polad Bayramov müəyyənləşdirilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.