CƏMİYYƏT


Avtomobillərdən oğurluq edən şəxslər yaxalanıb

Bakı, 10 dekabr, AZƏRTAC 

Yasamal rayonunda “Toyota” markalı avtomobildən 3 min manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adəm Bağırov rayon polis idarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əlahiddə Çevik Polis Alayının və Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları rayon ərazisində “Great wall” markalı avtomobildən 1500 manat və içərisində sənəd olan çanta oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Anar Axundovu saxlayıblar. Onun digər əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. A.Axundovun daha iki avtomobildən pul, mobil telefon, sənəd, bəzək əşyaları və parfümeriya oğurladığı da müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.