CƏMİYYƏT


Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 16 aprel, AZƏRTAC 

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Qədirov A.Salamzadə küçəsində “Toyota” markalı avtomobilinin şüşəsinin sındırıldığını və 500 manat dəyərində qızıl boyunbağısının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən şəxs dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Rüstəm Rüstəmov olduğu müəyyən edilib.

Həmin şəxsin ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 29-da və cari il aprelin 7-də eyni üsulla rayon ərazisində “Porsche” markalı avtomobildən 20 min ABŞ dolları, “Hyundai” markalı avtomobildən isə 670 manat və iki eynək oğurlaması da müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.