CƏMİYYƏT
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis tərəfindən saxlanılıblar
Bakı, 15 noyabr, AZƏRTAC
Sumqayıtda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 12-də gecə saat 3-də şəhərin 17-ci mikrorayonu ərazisində “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərən iki nəfər ərazidə xidmət aparan Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.
Araşdırmalar nəticəsində onların şəhər sakinləri Ceyhun Ələkbərov və əvvəllər məhkum olunmuş Rəşad Quliyev olduqları müəyyənləşib.
Saxlanılan şəxslərin törətdikləri digər analoji cinayət əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. Onların digər şəhər sakini ilə birlikdə daha 12 avtomobildən pul, akkumulyator və sənəd oğurladıqları da müəyyən olunub.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.