CƏMİYYƏT


Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 8 oktyabr, AZƏRTAC

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Mənsimovun “Mercedes” markalı avtomobilindən 2500 manatını oğurlamaqda şübhəli bilinən Samux rayon sakini Mirhəşim Seyidov saxlanılıb.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 3-də rayon sakini A.Salmanovanın “Nissan” markalı avtomobilindən 45 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Elməddin Əmiraslanov yaxalanıb.

Faktlarla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.