CƏMİYYƏT


Avtoservisdən avtomobil oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb

Bakı, 9 aprel, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyev aprelin 7-də günorta saatlarında Ə.Naxçıvani küçəsində yerləşən avtoservisdən “Mercedes” markalı avtomobilin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Mübariz Abdullayev 5-ci polis bölməsinin və Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qarayev prospektində avtomobili idarə edərkən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.