Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Əvvəl MXD, sonra “Real” çempion oldu

Bakı, 5 iyun, AZƏRTAC

“AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” və “Synergy Group” Şirkətlər Qrupunun əməkdaşları arasında keçirilən mini-futbol turnirinə yekun vurulub. Əlli yeddi gün davam edən gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda yeni çempion müəyyənləşib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirin altıncı ilində MXD adını qaliblər sırasına əlavə edib. “VTB Bank”dan titulu təhvil alan yarışın sürpriz komandası finalda üçqat çempion “No Name”i məğlub edib. Üçüncü yerin sahibinin adı isə üç ildən sonra dəyişib. “Synergetic” “Gobustone”nin “bürünc seriyası”nı qıraraq fəxri kürsüyə yüksəlib.

Belə ki, iyunun 3-də meydana ilk çıxan “Synergetic” üçüncü yer uğrunda görüşdə “AtaTexnologiya” ilə üz-üzə gəlib. Tennis Akademiyasında baş tutan, AFFA-nın hakimlər briqadasının idarə etdiyi oyun bu dəfə də finaldan fərqlənməyib. Çünki matç hər 2 komanda üçün böyük əhəmiyyət daşıyırdı. “Synergetic” yarımfinalda böyük hesabla uduzduğundan bunu unutdurmaq, “AtaTexnologiya” isə son anda final şansını qaçırdığından 3-cü yerlə bunu sığortalamaq arzusunda idi. Həmçinin bu komandaların qrup mərhələsinin görüşündə”"Synergetic”in 1:11 hesabi ilə uduzması rəqib üçün əlavə stimul idi. Bəlkə bu arxayınlıq “AtaTexnologiya”nın lazımi oyunu göstərə bilməməsinə səbəb olub. Əvəzində son çempion “VTB Bank”ı da mübarizədən kənarlaşdıran “Synergetic” baxımlı oyunu ilə azarkeşlərin alqışını qazanıb.

Düzdür, komandaların ilk saniyələrdən ehtiyatlı davranacağı gözlənilirdi. Lakin “Synergetic” bütün proqnozları alt-üst edib. Onlara hesabı açmaq üçün cəmi 10 dəqiqə kifayət edib. Bu, komandanın düzgün taktika seçməsi və kollektiv oyun nümayiş etdirməsi sayəsində olub. 2015-ci ilin çempionu “AtaTexnologiya” isə yenə kapitan səhvlərinin qurbanı olub.

Cahangir Qənizadənin heyəti düzgün qurmaması və hər bir komanda yoldaşına göstəriş verməsi 12-ci dəqiqədə qapısında ikinci qolu görməsi ilə nəticələnib. Bu, onları bir qədər ruhdan salsa da, oyunçu dəyişikliyi görüşün axarını dəyişib. Müdafiədə inamlı çıxışı ilə fərqlənən Oruc İbrahimovun meydana girməsi komandanın arxa xəttini gücləndirib. Sonra meydana daxil olan Qorxmaz Ağayev də görüşə əlavə rəng qatıb. O, hesab arasındakı fərqi azaltmaqla, oyunda “ölmüş intriqanı” yenidən bərpa edib. Lakin həmin vaxtadək O.İbrahimovun yenidən ehtiyata göndərilməsi, “AtaTexnologiya”nın bütün komanda ilə hücuma atılması “Synergetic”in lehinə işləyib. Düzdür, onlarda da səhvlər olub. Lakin bu səhvlər nəticəyə təsir etməyib. Qapıçıları Hüseyn Aydəmirovun gözəl qurtarışları isə sadəcə alqışalayiqdir. Onlar hətta əks-hücumların birində “AtaTexnologiya”nı növbəti dəfə cəzalandıra bilərdilər. C.Qənizadənin kobud səhvini Murad Əlizadə sığortalayıb. O, topu boş qapıdan çıxarıb. Buna baxmayaraq, “Synergetic” yekunda qapını bərk çırpıb. Onlar matçın qurtarmasına 3 dəqiqə qalmış rəqiblərini 3-cü dəfə mərkəzə dəvət ediblər – 3:1. Bu qol çempionluq iddiasında olan “AtaTexnologiya”nın bürünc medal almasının da üstündən xətt çəkib.

Üçüncü yerin sahibi bilindikdən sonra “No Name”lə MXD çempionun adına aydınlıq gətiriblər. Arenaya toplaşan çoxsaylı tamaşaçılar sözün həqiqi mənasında adınalayiq finala şahidlik ediblər. Sanki həmin gecə Çempionlar Liqasının həlledici qarşılaşmasında “Yuventus” – “Real” duelinə bir hazırlıq matçı oynanılırdı. Ötən il finalda məğlub olan “adsız komanda” italiyalılar kimi uğursuz seriyaya son qoymaq, finala ilk dəfə yüksələn MXD isə ispanlar kimi ili titulla başa vurmaq arzusundaydı.

Hər şey madridlilərin istədiyi kimi oldu. Yəni “Real”dan öncə MXD öz kubokuna qovuşdu. Bununla da Heydər Əliyevin şərəfinə keçirilən yarışın tarixinə 4-cü qalibin adı əlavə edildi. MXD çempion olmaqla, “VTB Bank”ın 1 il daşıdığı titula yiyələndi. Bu 2 komandaya kimi isə “No Name” 3 və “AtaTexnologiya” 1 dəfə kuboku başı üzərinə qaldırmışdı.

Matça gəlincə, çempionatın əvvəlindən adından söz etdirən və məhsuldarlığı ilə fərqlənən MXD bu dəfə inamlı təsir bağışlayıb. Onlar sanki final deyil, turnirdə adi oyunlarına çıxırlarmış kimi ilk dəqiqələrdən hücuma atılıblar. Bu səbəbdən qol da özünü çox gözlətməyib. Cəmi 4 dəqiqə sonra “No Name” topu qapısından çıxarmalı olub. Komandanın belə oyununda Faiq Baxşıyevlə Dəyanət Quliyevin də düzgün qərarlar verməsi öz rolunu oynayıb. 12-ci dəqiqədə isə Elçin Merdiyev özünün və komandasının ikinci qolunu vurub. Bu qol rəqibə əlavə güc verib desək yanılmarıq. Çünki 0:2 hesabı ilə geri düşən “No Name”in irəli atılmaqdan başqa rolu qalmamışdı. Onların da tempi artırması oyunu daha da gərginləşdirib. Lakin komandanın gücü cəmi 1 qola çatıb. Şamo İsgəndərov fərqi azaltsa da, ikinci hissədə qol olmayıb. Futbolçuların fərqlənməsinə bəzən qapıçıların dəqiqliyi, bəzən də özlərinin qapını düzgün nişan almaması imkan verməyib.

“No Name”in “dişsizliyində” əsas səbəb aparıcı hücumçuları Hüseyn Xəlilovun forma geyinməməsi də az rol oynamayıb. Əməliyyatdan sonra meydana çıxmayan oyunçu yarımfinal və finalda komandasına kömək edə bilməyib. Onun yoxluğunda isə hücum xəttindəki boşluğu dolduran tapılmayıb. Hər halda “No Name” uduzsa da, turnirdəki ən titullu komanda adını qoruyur.

Beləliklə, uzun sürən marafon MXD-nin qalibiyyəti ilə başa çatdı. “No Name” yenə ikinci olduğu halda “Synergetic” “üçlüy”ü qapayıb.

Final:

“No Name” – MXD – 1:2

Qollar: Şamo İsgəndərov, 25 – Elçin Merdiyev, 4; 12

Üçüncü yer uğrunda matç:

“AtaTexnologiya” – “Synergetic” – 1:3

Qollar: Qorxmaz Ağayev, 28 – Fərid Şabanzadə, 10; 12; 47

Oyunların ardınca yarışın bağlanış mərasimi keçirilib. Turnirin təşkilatçısı “AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov çempionatın həmişəki kimi maraqlı və gərgin keçdiyini bildirib. “AtaTexnologiya”da çıxış edən bank rəsmisi mükafatçıları təbrik etdikdən sonra yeni ildə də yarışın təşkil olunacağını qeyd edib. O vurğulayıb ki, turnir ildən-ilə daha gərgin xarakter alır və bütün komandalar bir-birinə ciddi rəqib kimi baxırlar. O.İbrahimov 3-cü yer uğrunda görüşdə “Synergetic”ə məğlubiyyətlərinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, yaxşı qapıçının komandanın yarısı olduğunu əbəs yerə deməyiblər və rəqibdə də bunu Hüseyn Aydəmirov əyani şəkildə sübut etdi.

“AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəhbərinin çıxışından sonra turnirin mükafatlandırma mərasimi təşkil olunub. Çempiona İtaliyadan gətirilmiş xüsusi kubokla yanaşı, 4000, 2-ci yeri tutan komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat məbləğində pul mükafatları verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

Mərasimdə yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu 1/4 finalda sonradan çempion olan MXD-yə məğlub olan “Qalaaltı Hotel”nin hücumçusu seçilib. Hər qarşılaşmada adından yaxşı mənada söz etdirən, komandasının qrup mərhələsini keçməsində əsas pay sahibi olan Aydın İslamov həlledici matçlarda oynamasa belə hamını qabaqlayıb. Yarışın bombardiri adına Fəqan Yusubov (MXD, 27 qol rekord) sahib olub. “Synergetic”in bürünc medal qazanmasında xüsusi rolu olan Hüseyn Aydəmirov qapıçılar arasında bütün rəqiblərini qabaqlayıb. Onların hər biri ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla və xüsusi kuboklarla mükafatlandırılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib