İQTİSADİYYAT


Əvvəlki büdcə proqnozu ilə müqayisədə bu il gəlirlər 2 milyard 381,8 milyon manat və ya 8,9 faiz çoxdur

Bakı, 20 iyun, AZƏRTAC

Bu il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 29 milyard 197 milyon 800 min manat, xərcləri isə 32 milyard 303 milyon 800 min manat müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, əvvəlki büdcə proqnozu ilə müqayisədə gəlirlər 2 milyard 381,8 milyon manat və ya 8,9 faiz, xərcləri isə 2 milyard 424,8 milyon manat və ya 8,1 faiz çoxdur.

Sənədə əsasən, o cümlədən mərkəzləşdirilmiş gəlirlər 28 milyard 167 milyon 624 min manat, yerli gəlirləri 1 milyard 30 milyon 176 min manat, mərkəzləşdirilmiş xərclər 31 milyard 233 milyon 684 min manat, yerli xərcləri 1 milyard 70 milyon 116 min manat təşkil edib.

Qeyd edək ki, builki dövlət büdcəsinin gəlirlərindəki artım hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin 2,62 milyard manat, əlavə dəyər vergisinin 440 milyon manat, Azərbaycan ərazisinə malların idxalına görə əlavə dəyər vergisinin 175 milyon manat, sadələşdirilmiş verginin 35 milyon manat, aksizlərin 10 milyon manat, Azərbaycan ərazisinə malların idxalına görə aksizlərin 10 milyon manat, yol vergisinin 10 milyon manat, idxal olunan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisinin 10 milyon manat, gömrük rüsumlarının 150 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 74 milyon manat, sair daxilolmaların 52 milyon manat artırılması, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmaların (transfertin yuxarı həddi) 1,193 milyard manat azaldılması, həmçinin 2022-ci il yanvarın 1-nə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarının vəsaitinin qalığının (183 milyon manat) əlavə edilməsi hesabına formalaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.