CƏMİYYƏT
Əvvəllər məhkum olunmuş şəxsdə narkotik vasitələr aşkarlanaraq götürülüb
Bakı, 16 noyabr, AZƏRTAC
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş T.Abıyev Sumqayıt şəhəri ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 57 qrama yaxın “Alyse”, 16 qrama yaxın “Tramadol” və 67 qramdan çox “Paden” həbləri aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri nəticəsində onun icarə əsasında işlətdiyi aptekə baxış zamanı isə əlavə olaraq 118 qrama yaxın “Paden” və 22 qramdan artıq “Tramadol” həbləri də götürülüb.
Faktla bağlı araşdırma aparılır.