CƏMİYYƏT


Əvvəllər məhkum olunmuş şəxsdə tiryək, avtomat və patronlar aşkarlanaraq götürülüb

Bakı, 21 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Miqunov saxlanılıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 40 qram tiryək və bir ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Onunla bağlı aparılmış tədbirlərlə həmin şəxsin Sabunçu dəmir yolu stansiyasının ərazisində gizlətdiyi nömrəsi silinmiş “AKM” markalı avtomat, bir ədəd patron darağı və 27 ədəd patron da aşkarlanıb.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.