CƏMİYYƏT


Əvvəllər məhkum olunmuş şəxsdən dörd kiloqramdan çox marixuana və heroin götürülüb

Bakı, 17 yanvar, AZƏRTAC 

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Ağayev Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana, “Mercedes” markalı avtomobilindən isə 3 kiloqram 111 qram marixuana və 1 kiloqram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.