CƏMİYYƏT


Əvvəllər məhkum olunmuş şəxsin evindən 1,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakı, 12 mart, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 xəncər və kustar üsulla hazırlanmış balta aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.