CƏMİYYƏT


Əvvəllər məhkum olunmuş şəxsin evinə baxış zamanı narkotik vasitə aşkarlanıb

Bakı, 11 iyul, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş A.Əliyevin yaşadığı Ləhiş bağlar sahəsindəki evə baxış zamanı 720 qram marixuana, həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 201 çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı təhqiqat davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.