CƏMİYYƏT
Əvvəllər məhkum olunmuş şəxslərdə narkotik vasitələr aşkarlanıb
Bakı, 6 mart, AZƏRTAC
Əvvəllər məhkum olunmuş A.Musayev və Bərdə rayon sakini M.Əliyev Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı M.Əliyevdə 955 qram heroin və 200 qram metamfetamin, A.Musayevdən isə 15 qrama yaxın metamfetamin aşkarlanıb. A.Musayevin yaşadığı evə baxış zamanı oradan 630 qram tiryək və bir elektron tərəzi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]