CƏMİYYƏT
Əvvəllər məhkum olunmuş şəxslərdən 31 kiloqrama yaxın narkotik maddə götürülüb
Bakı, 11 yanvar, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Nəzərovdan 19 kiloqram 470,278 qram marixuana götürülüb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Elşən Musayevdən 10 kiloqram 70 qram marixuana aşkarlayıblar.
Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı sakini, əvvəllər məhkum olunmuş Qəndalı Məlikovdan 0,2 qram, onun evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram heroin götürülüb.
Faktlarla bağlı cinayət işləri açılıb, araşdırmalar aparılır.