CƏMİYYƏT
Əvvəllər narkotiklərə görə məhkum olunmuş Şirvan şəhər sakinindən külli miqdarda tiryək aşkarlanıb VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan şəhər sakini, əvvəllər məhkum olunmuş Qasım Həsənalıyev yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib.
Burada onun üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 735 qram olan iki büküm narkotik maddə - tiryək aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Q.Həsənalıyev qanunsuz əməllə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [22:11]
Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib
- 28.03.2024 [18:53]
Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək
- 28.03.2024 [18:35]
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb
- 28.03.2024 [18:28]
Canını Vətənə fəda edənlər – Elçin Şükürov
- 28.03.2024 [18:25]