CƏMİYYƏT


Axıska türkləri Azərbaycanın qədim mədəniyyət paytaxtında imzalanmış Şuşa Bəyannaməsini alqışlayırlar

Bakı, 21 iyun, Rauf Hacıyev, AZƏRTAC

Dünya Axıska Türkləri Birliyi (DATÜB) Azərbaycan ilə Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini alqışladığını bəyan edib.

AZƏRTAC xəbər verir ki, DATÜB-ün Azərbaycan üzrə təmsilçisi Məmməd Şamilovun imzaladığı bəyanatda böyük tarixi önəm kəsb edən sənədin iki qardaş ölkə arasındakı münasibətləri strateji cəhətdən ən yüksək nöqtəyə çatdırdığı bildirilib.

Qeyd edilib ki, Axıska türkləri 60 ildən çoxdur əmin-amanlıq, sülh və rifah içində yaşadıqları Azərbaycanı doğma vətənləri hesab edirlər. Axıska türklərinin Birinci və İkinci Qarabağ müharibələrində yaxından iştirak etmələri, Vətən torpaqlarının, o cümlədən Şuşa şəhərinin azad edilməsində igidlik göstərməsi bunun əyani sübutudur.

Diqqətə çatdırılıb ki, Azərbaycanla yanaşı, dünyanın 9 ölkəsində yaşayan Axıska türkləri Türkiyə ilə Azərbaycanın müttəfiqlik münasibətlərinin siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən, Cənubi Qafqaz bölgəsinə sülh və barış gətirilməsini, eləcə də iqtisadi inteqrasiyaya töhfə verəcək nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutan, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor fəaliyyətinin əlaqələndirilməsi təşəbbüsünə təkan verən Şuşa Bəyannaməsini dəstəkləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.