CƏMİYYƏT


Axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Bakı, 11 avqust, AZƏRTAC

Ötən gün ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarılan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.